Avropada meymunçiçəyi infeksiyasından ilk ölüm faktı təsdiqlənib
AzerTAg.az
Bakı, 30 iyul, AZƏRTAC
İspaniyada meymunçiçəyi infeksiyası səbəbindən bir nəfər ölüb. Bu, Avropada həmin infeksiyadan ilk ölüm hadisəsidir.
AZƏRTAC xəbər verir ki, “La Vanguardia” qəzeti bu barədə İspaniya Səhiyyə Nazirliyinin hesabatına istinadla məlumat yayıb.
Milli Epidemioloji Nəzarət Şəbəkəsinin son məlumatına görə, ölkədə meymunçiçəyi infeksiyasına 4 min 298 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. İspaniya dünyada ABŞ-dan sonra meymunçiçəyinə ən çox yoluxma hallarının qeydə alındığı ikinci ölkədir. Krallığın Səhiyyə Nazirliyi meymunçiçəyinə yoluxan 135 xəstənin fəsadlarla üzləşdiyini, 120 pasiyentin xəstəxanaya yerləşdirildiyini, onlardan birinin öldüyünü bildirib.
EFE informasiya agentliyinin məlumatına görə, ölüm halı Valensiyada baş verib.

Xəbərin mətnində orfoqrafik səhv var