DÜNYA


Avropada qazın min kubmetrinin qiyməti 1200 dolları ötüb

Bakı, 12 may, AZƏRTAC

Avropada qazın qiymət 20 faizə yaxın artıb, katirovkalar min kubmetrə görə 1200 dolları ötüb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Londonun ICE Futures birjasının məlumatına görə, Niderlanddakı TTF habında hərracın açılış sessiyasının əvvəlindən iyun fyuçersinin qiyməti qaxmağa başlayıb. Səhər qiymət 1085,5 dollar təşkil edib (çərşənbə gününə nisbətən +6,4 faiz). Sonradan artım tempi sürətlənib və katirovkalar 1233,9 dollara çatıb (+20,9 faiz).

Katirovkaların nəzərəçarpan artımı mayın 10-da Ukrayna qaz nəqli sistemi operatorunun mayın 11-dən Avropaya “Soxranovka” stansiyası üzərindən mavi yanacaq tranzitinin dayandıracağı barədə məlumatından sonra müşahidə olunub.

Avropada qazın rekord qiyməti martın 7-də qeydə alınmışdı - min kubmetrə görə 3892 dollar.

RF Prezidenti Vladimir Putin martın 23-də imzaladığı fərmanla aprelin 1-dən etibarən dost olmayan ölkələrin alıcıları tərəfindən Rusiya qazı üçün ödənişin yeni qaydalarını müəyyənləşdirib. Fərmana əsasən, onlar tədarük haqqını ödəmək üçün “Qazprombank”da xüsusi rubl hesabları açmalıdır. Bir çox ölkələr və kompaniyalar bundan imtina edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.