İQTİSADİYYAT


Avropada təbii qazı ən ucuz istehlak edən ölkələr məlum olub

Bakı, 28 noyabr, AZƏRTAC

Bu ilin birinci yarısında Avropada təbii qazı ən ucuz istehlak edən ölkələrin adları açıqlanıb.

AZƏRTAC Avropa İttifaqının Statistika Bürosunun (“Avrostat”) yaydığı məlumata istinadla xəbər verir ki, cari ilin ilk yarısında Avropa İttifaqına üzv ölkələrdəki mənzillərdə istehlak edilən hər 100 kilovat-saat ekvivalentində qaz üçün orta hesabla 5,91 avro ödənilib.

Hesabat dövründə təbii qazı ən ucuz istehlak edən ölkə Rumıniya olub. Bu ölkədə 100 kilovat-saat ekvivalentində qaz üçün 3,21 avro ödənilib. Sonrakı pillələrdə 3,58 avro ilə Macarıstan, 3,68 avro ilə Xorvatiya, 3,79 avro ilə Bolqarıstan və 3,85 avro ilə Litva qərarlaşıb.

Qitə üzrə mənzillərdə 100 kilovat-saat ekvivalentinə görə ən bahalı təbii qaz 11,3 avroya İsveçdə satılıb. İsveçi 8,98 avro ilə Danimarka, 8,15 avro ilə Hollandiya, 7,95 avro ilə Portuqaliya və 7,14 avro ilə İtaliya izləyib. Bu həcmə qaza görə Almaniyada 6,08 avro, Fransada 6,65 avro, İngiltərədə 4,62 avro və İspaniyada 6,65 avro ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.