DÜNYA


Avropada turizm axınının pandemiyadan əvvəlki səviyyəsi hələ də bərpa edilməyib

Budapeşt, 5 iyul, AZƏRTAC

Avropa ölkələrinə səyahət edən əcnəbi turistlərin sayı hələ də koronavirus pandemiyasından əvvəlki göstəricilərdən aşağıdır.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Turizm Agentlikləri Assosiasiyasının apardığı araşdırmanın nəticələri belə deməyə əsas verir. Gözlənildiyinə görə, Aİ ölkələrində cari ilin göstəricilər pandemiyadan əvvəl qeydə alınmış rəqəmlərin yarısına bərabər olacaq. Belə ki, Avropa İttifaqına daxil olmayan ölkələrdən qonaqların sayı təqribən yarıbayarı azalacaq. Bu halda Asiya və Rusiyadan olan turistlərin azlığı daha çox hiss ediləcək, çünki onlar Aİ-də daha çox pul xərcləyirlər.

Bəzi ekspertlər əvvəllər turistlərə xas olan “səyahətlər aclığı”nın olmamasını qeyd edirlər. Onların fikrincə, insanlar əvvəlcə yay məzuniyyətini dənizdə keçirmək və yalnız bundan sonra zəngin tarixə və çoxsaylı muzeylərə malik olan ölkələrə ekskursiyaya yola düşmək istəyirlər.

Həmhüdud ölkələrdən olan turistlərin sayının artması da müsbət amildir. Məsələn, Xorvatiya və Slovakiyadan Macarıstana, Slovakiya və Almaniyadan Çexiyaya, Fransa və Danimarkadan Belçikaya tez-tez turistlər gəlir. Koronavirus epidemiyasından əvvəlki dövrlə müqayisədə “qonşuluq turizmi” göstəriciləri artıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.