İQTİSADİYYAT


Avropada yeraltı anbarlardakı qaz ehtiyatları 50 faizdən aşağı düşüb

Bakı, 15 yanvar, AZƏRTAC

Avropada yeraltı anbarlardakı qaz ehtiyatlarının səviyyəsi 49,33 faizə düşüb.

AZƏRTAC xəbər verir ki, bu göstəricilər “Gas Infrastructure Europe” məlumatında əks olunub.

Məlumatda qeyd olunub ki, bu, son beş ildəki orta göstəricidən 16 faiz aşağıdır. Hazırda Avropadakı anbarlarda 53 milyard kubmetr qaz var. Lakin hazırkı qaz tədarükü səviyyəsinin qorunub saxlanılacağı təqdirdə, martın sonuna qədər Avropada qaz ehtiyatları 15 milyard kubmetrdən aşağı düşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.