DÜNYA


Avropalılar Merkelə rəğbət bəsləyirlər

Berlin, 17 sentyabr, AZƏRTAC

Angela Merkel Almaniyanın federal kansleri vəzifəsindən getmək ərəfəsində Avropanın cənubundan şimalına, şərqindən qərbinə qədər hər yerdə sakinlərin inanılmaz rəğbətini qazanıb.

AZƏRTAC xəbər verir ki, Avropa Beynəlxalq Münasibətlər Şurası Avropa İttifaqının üzvü olan bütün ölkələrdə bu günlərdə keçirdiyi rəy sorğusunun yekunlarına əsasən bu nəticəyə gəlib. Araşdırmanın nəticələri təşkilatçılara güclü təsir bağışlayıb: məlum olub ki, avropalılar Angela Merkeldən ayrılmaq istəməzdilər və Avropa İttifaqının prezidenti vəzifəsinə onun namizədliyini məmnuniyyətlə dəstəkləyərdilər.

“Nəzəri baxımdan, əgər Avropa İttifaqının prezidenti vəzifəsinə yeganə namizədlər Merkel və Makron olsaydı, kimə səs verərdiniz?” sualının cavabında nəinki Niderland, İspaniya və Portuqaliyada, hətta Fransada da respondentlərin əksəriyyəti Merkelə səs verəcəklərini bildiriblər. Fransada respondentlərin 41 faizi Merkelə, 14 faizi isə Makrona üstünlük veriblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.