DÜNYA


Avropalıların əksəriyyəti yaxın 20 ildə Avropa İttifaqının dağılacağını istisna etmir

Bakı, 16 may, AZƏRTAC

Avropalıların yarıdan çoxu hazırda 28 üzv ölkəsi olan (İttifaqı tərk etməyə hazırlaşan Böyük Britaniya ilə birgə) Avropa İttifaqının çox güman ki, yaxın 20 ildə dağılacağını istisna etmir.

AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumat “YouGov” beynəlxalq sosiologiya xidmətinin keçirdiyi ictimai rəy sorğusunda öz əksini tapıb.

Beynəlxalq Münasibətlər üzrə Avropa Şurasının analitik mərkəzinin sifarişi ilə keçirilən tədqiqatın nəticələrinə əsasən, Fransa, Almaniya, Belçika, İtaliya, Niderland, Avstriya, Slovakiya, Rumıniya, Yunanıstan, Çexiya və Polşada rəyi soruşulan insanların 50 faizdən çoxu yaxın 10-20 ildə Avropa İttifaqının dağılmasının real olduğunu bildirib.

Avropa Parlamentində 80 faiz yerə sahib 14 ölkədə keçirilən sorğunun müəllifləri qeyd edirlər ki, Fransada respondentlərin 58 faizi müvafiq fikirdədir. Slovakiyada isə avroskeptiklərin sayı 66 faiz olub. Yalnız 3 ölkədə - İsveç, Danimarka və İspaniyada bədbin perspektivi proqnozlaşdıran insanların sayı respondentlərin yarıdan azını təşkil edib – müvafiq olaraq 44 faiz, 41 faiz və 40 faiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.