DÜNYA


Avropanın altı ölkəsindən gələnlər Estoniya ərazisinə məhdudiyyətsiz daxil ola biləcəklər

Tallin, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 20-dək Estoniyaya Latviya, Litva, Finlandiya, Vatikan, Kipr və Lixtenşteyndən gələn şəxslər məhdudiyyət tətbiq edilmədən Estoniyanın ərazisinə daxil ola biləcək.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, sentyabr ayının 14-dən etibarən ikihəftəlik özünütəcrid rejimi qaydalarına riayət etmək və ya koronavirus testindən keçmək tələbi Estoniyaya Avstriya, Andorra, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İtaliya, İrlandiya, İslandiya, İspaniya, Lüksemburq, Malta, Monako, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, Fransa, Xorvatiya, Çexiya, İsveçrə və İsveçdən gələn hər bir kəsə şamil olunur.

Avropa İttifaqında razılaşdırılmış siyahıya daxil olan üçüncü ölkə vətəndaşlarına da Estoniya ərazisinə daxil olmağa icazə verilir. Hazırda bu siyahıya Avstraliya, Gürcüstan, Yaponiya, Cənubi Koreya, Ruanda, Tailand, Uruqvay və Yeni Zelandiya daxildir. Hərəkət məhdudiyyətləri Kanada və Tunisdən gələn şəxslər üçün də tətbiq olunur.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.