DÜNYA


Avropanın ən böyük avtobus şirkəti “FlixBus” Baltikyanı ölkələrdə fəaliyyətə başlayır

Tallinn, 15 fevral, AZƏRTAC

Avropanın ən böyük avtobus sərnişindaşıma şirkəti olan “FlixBus” Baltikyanı ölkələrdə fəaliyyətə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin Polşa, Ukrayna və Baltikyanı ölkələr üzrə icraçı direktoru Mixal Leman rus.err.ee portalının müxbirinə müsahibəsi zamanı bildirib.

“Baltikyanı ölkələrdə fəaliyyətə başlamaq üçün hazırlıq mərhələsindəyik. Berlin və Varşava kimi şəhərlərlə Tallinni birləşdirən xətlər bizim əsas prioritet istiqamətlərimizdəndir və avtobusların 2020-ci ilin ilk yarısında istifadəyə verilməsi planlaşdırılır”, - deyə o, söyləyib.

Əsası 2013-cü ildə qoyulan alman şirkəti “FlixBus” hazırda Avropada dominant operator hesab olunur.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.