DÜNYA


Avropanın ən çox çirklənmiş şəhərlərinin siyahısı açıqlanıb

Bakı, 6 noyabr, AZƏRTAC

Makedoniyanın Tetovo şəhəri Avropanın ekoloji cəhətdən ən çox çirklənmiş şəhəridir. Onun çirklənmə indeksi 97,57 baldır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Numbeo.com saytının tərtib etdiyi “Pollution Index 2018 Mid-Year” reytinqində yer alıb. Siyahıda Tetovonun ardınca İtaliyanın Neapol şəhəri və Makedoniyanın paytaxtı Skopye gəlir. Onların çirklənmə indeksi müvafiq olaraq 84,61 və 82,17 bal təşkil edir.

Reytinqin ilk onluğuna, həmçinin Albaniyanın Tirana, İtaliyanın Turin, Rumıniyanın Buxarest, Bosniya və Herseqovinanın Sarayevo, Polşanın Krakov, Bolqarıstanın Plovdiv şəhərləri və Ukraynanın paytaxtı Kiyev daxildir.

Analizlərin nəticəsinə əsasən, Avropada ekoloji vəziyyətinə görə yaşamaq üçün ən əlverişli şəhərlər Helsinki (Finlandiya), Reykyavik (İslandiya) və Sürixdir (İsveçrə).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.