İDMAN


Avropanın ən güclü klubları müstəqil elit liqa yaratmaq istəyirlər

Bakı, 3 noyabr, AZƏRTAC

Avropanın ən güclü futbol klubları UEFA Çempionlar Liqasına rəqib olacaq yeni elit liqa yaratmaq istəyirlər.

AZƏRTAC Almaniyanın “Spiegel” jurnalına istinadla xəbər verir ki, son üç il ərzində müstəqil elit liqa yaradılması üzrə danışıqlar aparan “Bavariya”, “Borussiya” (Dortmund), “Real” (Madrid), “Yuventus”, “Arsenal” (London), “Barselona” və “Milan” klubları bu ay niyyət bəyannaməsi imzalamağa hazırlaşırlar.

Superliqa yaradılması üzrə yeni layihəyə görə, Avropanın 11 komandası UEFA-nı tərk edərək 2021-ci ildə öz turnirlərini keçirəcəklər. Klublar bu turnirdə 20 il müddətinə və superliqadan çıxmamaq şərti ilə çıxış edəcəklər. Daha beş komanda superliqaya qonaq qismində dəvət olunacaq. Beləliklə, turnir 16 klubun iştirakı ilə keçiriləcək.

Superliqanın əsasını “Bavariya”, “Real” (Madrid), “Yuventus”, “Çelsi”, “PSJ” (Paris), “Arsenal” (London), “Barselona”, “Milan”, “Liverpul”, “Mançester Siti” və “Mançester Yunayted” komandaları qoyurlar.

Dəvət olunan komandalar isə “Borussiya”, “Atletiko” (Madrid), “Marsel”, “İnter” və “Roma”dır.

TASS agentliyinin xəbərinə görə, “Bavariya” klubu bu planların fonunda hələ 2016-cı ildə alman bundesliqasını tərk etməyin hüquqi əsasları ilə bağlı vəkil kontoruna müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.