DÜNYA


Avropanın ən təhlükəli şəhərlərinin adları açıqlanıb

Avropanın ən təhlükəli şəhərlərinin adları açıqlanıb

Bakı, 11 mart, AZƏRTAC

“Numbeo” qlobal məlumat bazasının versiyasına görə, Böyük Britaniyanın Preston şəhəri Avropanın ən təhlükəli şəhəridir. Preston sakinlərini son üç ildə artan cinayətkarlıq səviyyəsi və gənclər arasında narkotik vasitələrdən istifadə hallarının çoxalması narahat edir.

AZƏRTAC xəbər verir ki, Avropanın ən təhlükəli şəhərləri reytinqində ikinci və üçüncü yerlərdə müvafiq olaraq Böyük Britaniyanın Bredford və Fransanın Marsel şəhərləri qərarlaşıb.

156 şəhərin daxil olduğu siyahının ilk onluğunda, həmçinin Koventri (Böyük Britaniya), Kataniya (İtaliya), Şarlerua (Belçika), Birminhem (Böyük Britaniya), Nant (Fransa), Neapol (İtaliya) və Monpelye (Fransa) şəhərləri yer alıb.

Reytinqin sonuncu pilləsindəki Bern (İsveçrə) Avropanın ən təhlükəsiz şəhər statusunu qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.