DÜNYA
Avropanın mərkəzində qumbaralar atılır
Brüssel, 9 mart, AZƏRTAC
Belçikanın VTM kommersiya teleşirkətinin verdiyi məlumata görə, Antverpen şəhərində iki avtomobilin altına döyüş qumbaraları atılıb, nəticədə hər iki maşın sıradan çıxıb.
AZƏRTAC xəbər verir ki, polis, yanğınsöndürmə xidməti və partladıcı maddələri zərərsizləşdirən DOVO xidmətinin nümayəndələri dərhal hadisə yerinə gəliblər.
Polisin məlumatında deyilir: “Bu maşınların altına iki qumbara atılıb. Avtomobillər və yaxınlıqda saxlanılmış bir neçə başqa maşın ciddi zədə alıb”.
Küçədə parklanmış bir neçə maşının pəncərələri çilik-çilik olub. Partlayış nəticəsində yaxınlıqdakı evlərin fasadları da zədə alıb.
Vüqar Seyidov
AZƏRTAC –ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [13:55]
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir
- 19.04.2024 [13:34]
Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır
- 19.04.2024 [13:31]
Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb
- 19.04.2024 [13:00]
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb
- 19.04.2024 [12:50]
ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır
- 19.04.2024 [12:49]
“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür
- 19.04.2024 [12:17]
Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub
- 19.04.2024 [12:13]