CƏMİYYƏT


Avropanın qərbindəki ekstremal hava şəraiti nəticəsində soydaşlarımız arasında zərər çəkən olmayıb

Bakı, 17 iyul, AZƏRTAC

Avropanın qərbindəki ekstremal hava şəraitinin dağıdıcı nəticələri insanların həyatı üçün ciddi narahatlıq yaradıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Komitəsi Almaniya, Belçika və Niderlandda baş verən təbii fəlakətlə bağlı Koordinasiya Şuraları vasitəsilə bu ölkələrdə yaşayan soydaşlarımızla mütəmadi olaraq əlaqə saxlayır, onların vəziyyəti ilə maraqlanır.

Hazırda hadisə nəticəsində azərbaycanlıların xəsarət alması və ya zərər çəkməsi ilə bağlı heç bir məlumat yoxdur.

Soydaşlarımızdan xahiş edirik ki, ehtiyac olduğu təqdirdə Diasporla İş üzrə Dövlət Komitəsinə və Koordinasiya Şuralarına müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.