DÜNYA


Avropaya pulsuz səyahət

Berlin, 12 iyun, AZƏRTAC

Bu gündən etibarən “DiscoverEU” (“Avropa İttifaqı məkanını kəşf et”) proqramında iştirak etməyə marağı olan gənc avropalılar Avropa Gənclər portalına öz müraciətlərini göndərə biləcəklər.

AZƏRTAC xəbər verir ki, bu proqram çərçivəsində Avropa İttifaqı 18 yaşlı avropalılara bu ilin yayında Avropada səyahət üçün 15 min bilet təqdim edəcək. Bu barədə AFP agentliyi hələ mayın 3-də xəbər yayıb.

Avropa Komissiyasının bəyanatında bildirilir ki, gənc avropalılar beynəlxalq səfərə çıxmaq imkanı qazanacaqlar. Bu, onlara “qitənin zəngin mədəni irsini özləri üçün kəşf etmək, digər insanlarla ünsiyyət qurmaq, müxtəlif mədəniyyətlərlə tanış olmaq və Avropanı hansı dəyərlərin birləşdirdiyini öyrənmək imkanı yaradacaq”.

Layihənin internet-saytında xəbər verilir ki, müraciətlər iki həftə ərzində qəbul edilir. Aİ-yə üzv ölkələrin vətəndaşları həm tək, həm də 5 nəfərədək qrup halında səyahət edə bilərlər. Marşrut əvvəlcədən müəyyənləşdirilməlidir. Avropa münsiflər heyəti müraciət edən gənclər arasından 15 min nəfəri seçəcək. Onlar əsasən qatarla, bəzi yerlərdə avtobus və bərələrdən istifadə etməklə 30 gün ərzində Avropanı səyahət imkanı qazanacaqlar. Səfər zamanı Avropanın təxminən dörd ölkəsini gəzmək mümkün olacaq.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.