Avroqrup Xorvatiyanın gələn ildən Avrozonaya daxil olmasını təsdiqləyib
AzerTAg.az
Zaqreb, 17 iyun, AZƏRTAC
Avroqrup (Avrozonanın Maliyyə Nazirləri Şurası) Xorvatiyanın 2023-cü il yanvarın 1-dən Avrozonaya daxil olmasını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avroqrupun bəyanatında deyilir.
“Bu gün Avroqrup Avrozonaya daxil olan üzv ölkələrinin Aİ Şurasına tövsiyəsini təsdiqləyib. Tövsiyə Xorvatiyanı 2023-cü il yanvarın 1-dən avronu tətbiq etməyə dəvət edir", - sənəddə deyilir. Sənəddə qeyd edilib ki, Aİ-nin maliyyə nazirləri Lüksemburqda keçirilən görüşdə Avropa Komissiyası və Xorvatiyanın Avropa Mərkəzi Bankının avro zonasına daxil olmaq üçün meyarlarını yerinə yetirməsinin müsbət qiymətləndirilməsi ilə razılaşıblar.
Yekun prosedur iyunun 23-24-də Brüsseldə keçiriləcək Aİ sammitində tamamlanmalıdır. Xorvatiya Avrozonaya daxil olan 20-ci üzv ölkə olacaq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb

Xəbərin mətnində orfoqrafik səhv var