MƏDƏNİYYƏT
“Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində səsvermə başlayıb
Bakı, 23 may, AZƏRTAC
Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin finalında iştirakçıların çıxışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmada təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə birincilik uğrunda mübarizə aparır.
Finalda tamaşaçılar qarşısında Kipr, Albaniya, İsrail, Belçika, Rusiya, Malta, Portuqaliya, Serbiya, Böyük Britaniya, Yunanıstan, İsveçrə, İslandiya, İspaniya, Moldova, Almaniya, Finlandiya, Bolqarıstan, Litva, Ukrayna, Fransa, Azərbaycan, Norveç, Niderland, İtaliya, İsveç və San-Marinodan olan ifaçılar çıxış ediblər.
Final çıxışlarından sonra səsvermə başlayıb.
Müsabiqənin yarımfinalları mayın 18-də və 20-də yekunlaşıb.