MƏDƏNİYYƏT


“Avroviziya-2021”in qalibi İtaliya oldu VİDEO

Bakı, 23 may, AZƏRTAC

Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmada İtaliya təmsilçisi “Maneskin” qrupu “Zitti E Buoni” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 524 xal toplayıb.

“Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə isə üçüncü olub.

Azərbaycanlı ifaçı Samirə Əfəndi “Mata Hari” mahnısı ilə yarışmanı 20-ci sırada başa vurub. Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.