DÜNYA


Avrozonada inflyasiya səviyyəsi rekord həddə çatıb

Roma, 3 iyul, AZƏRTAC

Avrozonada enerji və ərzaq xərclərinin artmağa davam etməsi fonunda iyun ayında inflyasiya səviyyəsi rekord həddə yüksəlib.

AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, iyunda Avrozonada illik inflyasiya 8,6 faiz olub. Bu, “Eurostat” tərəfindən Avrozonada inflyasiya ilə bağlı məlumatların qeydiyyatının aparıldığı son 25 ildə qeydə alınan ən yüksək göstəricidir.

İnflyasiya aylıq müqayisədə isə 0,8 faiz artıb. Ən yüksək qiymət artımı 41,9 faizlə enerjidə qeydə alınıb. Qida, spirt və tütün məmulatlarının qiyməti 8,9 faiz, qeyri-enerji sənayesi məhsullarının isə 4,3 faiz artıb.

Bildirilib ki, iyun ayında inflyasiyanın əsas hərəkətverici qüvvəsi Rusiya-Ukrayna gərginliyi səbəbindən kəskin bahalaşan enerji və ərzaq qiymətləri olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.