DÜNYA


Avrozonada investorların inam indeksi apreldən bəri ən aşağı səviyyəyə enib

Roma, 6 dekabr, AZƏRTAC

Koronavirus epidemiyasının yeni ştamının yayılması və bununla əlaqədar məhdudiyyətlərin tətbiqi ilə bağlı narahatlıqlar fonunda Avrozonada investorların inam indeksi cari ilin aprelindən indiyədək ən aşağı səviyyəyə düşüb.

AZƏRTAC xəbər verir ki, aparılan müstəqil sorğuya əsasən, noyabrda 18,3 olan investorların inam indeksi dekabrda 4,8 bənd azalaraq 13,5 olub. Bu, apreldən bəri ən aşağı göstəricidir.

İnvestorların qarşıdakı 6 ay üzrə gözləntilər indeksi isə 0,5 bənd artaraq 13,8-ə yüksəlib və avqust ayından bəri ən yüksək səviyyəsinə çatıb.

Qeyd edək ki, sorğu dekabrın 2-4-də 1164 investorun iştirakı ilə keçirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.