Avrozonada iqtisadi inam indeksi son bir ilin minimumuna enib
AzerTAg.az

Roma, 30 mart, AZƏRTAC
Mart ayında Avrozonada iqtisadi inam indeksi 114,1-dən 108,5-ə düşüb.
AZƏRTAC xəbər verir ki, iqtisadi inam indeksinin azalması və qiymətlərin artmasının gələcək aylarda istehlak və investisiyalara təzyiq göstərəcəyi gözlənilir. Avrozonada məşğulluq indeksi də rekord səviyyədə aşağı düşüb, inflyasiya gözləntiləri isə 1985-ci ildən bəri ən yüksək səviyyədədir.
Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard deyib ki, Rusiya-Ukrayna gərginliyi iqtisadi artım üçün risklərə səbəb olur və iqtisadi perspektivdə qeyri-müəyyənliklər yaradır. Həmçinin artan ərzaq qiymətlərinin və tədarük zəncirindəki çətinliklərin inflyasiyanın daha da yüksəlməsinə səbəb olacağını proqnozlaşdırılır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Xəbərin mətnində orfoqrafik səhv var