DÜNYA


Avrozonada istehsalçı qiymətləri indeksi artmaqda davam edir

Roma, 3 avqust, AZƏRTAC

Avrozonada istehsalçı qiymətləri indeksi iyunda may ayı ilə müqayisədə 1,1 faiz, keçən ilin müvafiq ayına nisbətən 35,8 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb. Bildirilib ki, iyunda Avropa İttifaqında istehsalçı qiymətləri indeksində əvvəlki aya görə 1,3 faiz, ötən ilin eyni ayı ilə müqayisədə 36,1 faiz artım qeydə alınıb.

Sözügedən dövrdə Avrozonada istehsalçı qiymətləri indeksi enerji sektorunda illik müqayisədə 92,8 faiz, aralıq məhsullarda isə 23,8 faiz artıb.

Qeyd edək ki, iyun ayında İtaliyada istehsalçı qiymətləri indeksi 41,9 faiz artıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.