DÜNYA
Avrozonada istehsalçı qiymətləri indeksi rekord səviyyədə artıb
Roma, 4 oktyabr, AZƏRTAC
Yüksək enerji qiymətləri fonunda Avrozonada istehsalçı qiymətləri indeksi avqustda iyul ayı ilə müqayisədə 5 faiz, keçən ilin müvafiq ayına nisbətən 43,3 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb. Bildirilib ki, bu, Avrozonada istehsalçı qiymətləri indeksinə dair illik məlumatların qeydiyyatının aparıldığından bəri ən yüksək göstəricidir.
Hesabat dövründə Avrozonada istehsalçı qiymətləri enerji sektorunda illik müqayisədə 116,8 faiz, aralıq məhsullarda 19,9 faiz artıb.
Avqustda Avropa İttifaqında isə istehsalçı qiymətləri indeksində əvvəlki aya görə 4,9 faiz, ötən ilin eyni ayı ilə müqayisədə 43 faiz artım qeydə alınıb.
Qeyd edək ki, İtaliyada istehsalçı qiymətləri indeksi avqust ayında 50,5 faiz artıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]