DÜNYA


Avrozonada pərakəndə satışlar azalıb

Valletta, 6 oktyabr, AZƏRTAC

Avrozonada pərakəndə satışlar avqust ayında əvvəlki aya görə 0,03 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb. Bildirilib ki, avqustda Avropa İttifaqında isə pərakəndə satışlar iyulla müqayisə 0,02 faiz, keçən iyun eyni ayına nisbətən 1,3 faiz geriləyib.

Qeyd edək ki, hesabat dövründə Maltada pərakəndə satışlar aylıq müqayisədə 1,1 faiz azalıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Valletta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.