İDMAN


Avstraliya 2032-ci ildə keçiriləcək Olimpiadaya ev sahibliyi üçün namizədlik ərizəsini təqdim edib

Bakı, 21 sentyabr, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Avstraliya Parlamentinin nümayəndə heyətinin üzvləri ilə görüşüb.

AZƏRTAC BOK-un saytına istinadla xəbər verir ki, nümayəndə heyətinin rəhbəri xanım Anastasiya Palasçuk 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına Avstraliyanın ev sahibliyi ilə bağlı ölkəsinin namizədlik ərizəsini Tomas Baxa təqdim edib.

BOK prezidenti jurnalistlərə açıqlamasında Avstraliyada idmana və Olimpiya hərəkatına böyük marağı olduğunu deyib: “Görüş maraqlı keçdi. Bizi maraqlandıran suallara cavab ala bildik. Bu Olimpiadanın insanlara, onların maraqlarına cavab verəcək bir idman tədbiri olacağına inanıram”.

Xatırladaq ki, 1956-cı ildə Avstraliyanın Melburn şəhəri Olimpiya Oyunlarına ev sahibliyi edib. Həmin Olimpiadada 67 ölkənin təmsilçiləri mübarizə aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.