İQTİSADİYYAT


Avstraliya Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir

Bakı, 18 oktyabr, AZƏRTAC

Avstraliya Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov jurnalistlərə açıqlamasında deyib.

"Avstraliya şirkətləri Azərbaycanda xüsusilə turizm, logistika, nəqliyyat, neft-qaz sənayesi, kənd təsərrüfatı, qida məhsullarının emalı, eyni zamanda ölkəmizdə müxtəlif sektorlara investisiyaların yatırılması və ticarətin genişləndirilməsində maraqlıdırlar", - deyə AZPROMO rəhbəri qeyd edib.

Azərbaycan-Avstraliya biznes-forumunun iki ölkənin ticarət və iqtisadi əlaqələri çərçivəsində ilk biznes-forum olduğunu deyən R.Məmmədov diqqətə çatdırıb ki, bugünkü tədbirdə Avstraliyadan müxtəlif sektorları təmsil edən 20-yə yaxın iş adamı iştirak edib. Biznes-forumun əsas məqsədi ölkələrimiz arasında ticarət və investisiya əlaqələri çərçivəsində konkret layihələrin, perspektivlərin müəyyənləşdirilməsi və Azərbaycan ilə Avstraliyanın işgüzar dairələri arasında biznesin qurulmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.