Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Avstraliya Azərbaycanlıları Assosiasiyasının prezidenti Mikayıl Oytadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Avstraliya Azərbaycanlıları Assosiasiyası adından təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə nail olub və nəticədə bu gün ölkə iqtisadi, mədəni və ictimai sahədə dinamik inkişaf edir. Sizin həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda yaşayan azərbaycanlıların rifahının yaxşılaşması üçün göstərdiyiniz davamlı səylərinizi və bu sahədəki töhfələrinizi yüksək qiymətləndiririk. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərinizi və qərarlarınızı qətiyyətlə dəstəkləyirik.

Yeni prezidentliyiniz dövründə sizə uğurlar arzulayırıq.

Hörmətlə,

 

Mikayıl Oyta

Avstraliya Azərbaycanlıları Assosiasiyasının prezidenti,

Sidney şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin