DÜNYA


Avstraliya Baş nazirinin müavini ABŞ-a səfəri zamanı koronavirusa yoluxub

Tokio, 9 dekabr, AZƏRTAC

Avstraliya Baş nazirinin müavini Barnabi Coys ABŞ-a səfəri zamanı koronavirusa yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə o, dekabrın 9-da öz tviter səhifəsində məlumat yerləşdirib. Həmin məlumatda B.Coys Vaşinqtona səfəri zamanı onun koronavirus testinin müsbət olduğunu yazıb. Bu səfərdə iştirak edən Avstraliya nümayəndə heyətinin digər üzvlərinin testi isə mənfi olub.

Bir neçə ay bundan əvvəl COVID-19-a qarşı hər iki peyvəndi qəbul edən Baş nazirin müavini hazırda özünütəcrid şəraitindədir.

“Sky News Australia” telekanalına müsahibəsində o, Vaşinqtona səfərdən əvvəl ziyarət etdiyi Böyük Britaniyada koronavirusa yoluxmasının mümkünlüyünü də bildirib. Əlavə edib ki, bu hadisə onu Avstraliyanın sərhədlərini aşmasına və koronavirus şəraitində yaşamağı öyrənməsinə inamını daha da artırıb.

Qeyd edək ki, B.Coysun Vaşinqtona səfəri dekabrın 7-də başlayıb. Avstraliyanın həm də infrastruktur, nəqliyyat və regional inkişaf naziri vəzifəsini tutan B.Coys səfər zamanı amerikalı həmkarları ilə Avstraliyanın rəqəmsal platformaların idarə olunması barədə yeni qanunu və AUKUS ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırılmış.

Əlavə olaraq qeyd edək ki, Avstraliyada son sutkalarda 1676 koronavirusa yeni yoluxma halı aşkar edilib. Ümumilikdə isə bu ölkədə 223 min 919 yoluxma halı qeydə alınıb və onlardan 2084 nəfər həyatını itirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.