DÜNYA


Avstraliya COVID-19 pandemiyası başlayandan bəri ən çox ölüm halının qeydə alındığı günü yaşayır

Tokio, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Avstraliya COVID-19 pandemiyası başlayandan bəri “omikron” ştamı səbəbindən xəstəxanalara yerləşdirilənlərin sayı artdığına görə ən çox ölüm halının qeydə alındığı günü yaşayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliya KİV-i məlumat yayıb. Rəsmi məlumatlara görə, əhalinin ən sıx yaşadığı Yeni Cənubi Uels, Viktoriya və Kvinslend ştatlarında ümumilikdə 74 ölüm halı qeydə alınıb. Bu, ötən həftənin həmin günündə qeydə alınan 57 ölüm halından çoxdur.

Hökumət orqanlarının bildirdiyinə görə, ölkədə xəstəxanalara yerləşdirilən peyvənd olunmayan gənclərin sayı böyük üstünlük təşkil edir.

“Omikron” ştamı federal seçkilərə bir neçə ayın qaldığı bir vaxtda Baş nazir Skott Morrisonun reytinqinə də ciddi təsir göstərib. Keçirilən son sorğuların nəticələri göstərir ki, müxalifətdə olan leyboristlər lider mövqelərdə möhkəmləniblər.

Yeni Cənubi Uels, Viktoriya, Kvinslend və Tasmaniyada 67 mindən çox yeni yoluxma halının qeydə alındığı bildirilir.

Ümumiyyətlə, pandemiya başlayandan bəri Avstraliyada 1,6 milyon nəfərin koronavirusa yoluxduğu, onlardan 2757-sinin həyatını itirdiyi qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.