İDMAN


Avstraliya Qran-Prisinin rəhbərliyi koronavirusa baxmayaraq azarkeşlərin tribunalara buraxılacağını təsdiqləyib

Bakı, 10 mart, AZƏRTAC

Avstraliya Qran-Prisinin rəhbəri Endrü Uestakott bəyan edib ki, Formula 1 çempionatının ənənəyə görə növbəti mövsümünü açacaq Melburn mərhələsini azarkeşlərin ziyarət etmələrinə heç bir məhdudiyyət qoyulmayacaq.

AZƏRTAC xəbər verir ki, “Reuters”in məlumatına görə, koronavirus infeksiyasının yayılma təhlükəsi ilə bağlı mərhələnin tamaşaçısız keçirilməsi ehtimalının olması sualına Uestakott belə cavab verib: “Xeyr, heç bir şans yoxdur”.

Avstraliya Qran-Prisi martın 13-dən 15-dək Avstraliyada keçiriləcək.

Xatırladaq ki, koronavirusla əlaqədar bütün dünyada idman tədbirləri kütləvi şəkildə ləğv edilir və yaxud təxirə salınır. Formula 1-də artıq Çin Qran-Prisi qeyri-müəyyən tarixədək təxirə salınıb. Həmçinin Vyetnam Qran-Prisinin keçirilməsi də sual altındadır. Bəhreyn Qran-Prisinə gəlincə, bu mərhələdə tamaşaçılar tribunalara buraxılmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.