İDMAN


Avstraliya açıq tennis turniri planlaşdırıldığı kimi Melburnda keçiriləcək

Avstraliya açıq tennis turniri planlaşdırıldığı kimi Melburnda keçiriləcək

Bakı, 4 iyul, AZƏRTAC

Avqustda tennis turnirləri bərpa ediləcək. Artıq indidən tennis həvəskarları “US Open” və “Rolan Qarros” turnirlərini səbirsizliklə gözləyirlər. Amma koronavirusun ikinci dalğası ilə bağlı qorxu tennis ictimaiyyətini narahat etməyə bilməz. Hətta bu məqam gələn ilin yanvarında keçiriləcək Avstraliya açıq tennis turnirinin rəhbərliyini də düşündürür.

AZƏRTAC xəbər verir ki, gələn ilin yanvarında keçirilməsi planlaşdırılan Avstraliya açıq tennis turnirinin hansı səviyyədə təşkil olunacağı hələ də sirr olaraq qalır. Məsələ ondadır ki, bu il “US Open” və “Rolan Qarros” azarkeşsiz keçiriləcək. Pandemiya dövrü bitənə qədər Avstraliya açıq tennis turniri də belə bir problemlə üzləşə bilər. Hazırda “Australian Open”in keçirildiyi Viktoriya ştatında koronavirus sürətlə yayılır. Hətta bəzi mənbələr Melburndakı turnirin Sidney və ya Brisbenə keçirilə biləcəyini yazır. Buna baxmayaraq, turnirin təşkilat komitəsi nikbinliyini itirmir. Mətbuata açıqlama verən “Australian Open”in direktoru Kreyq Tili məsələyə aydınlıq gətirib. O, indiki məqamda nikbinliklərini itirmədiklərini söyləyib. Tili Avstraliya açıq tennis turnirinin planlaşdırıldığı kimi Melburnda keçiriləcəyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.