DÜNYA


Avstraliya ilə Avropa İttifaqı arasında azad ticarət barədə sövdələşmə sürətləndiriləcək

Tokio, 2 dekabr, AZƏRTAC 

G20 sammitinin yekunları barədə jurnalistlər qarşısında çıxış edən Avstraliyanın Baş naziri Skott Morrison bəyan edib ki, ölkəsi ilə Avropa İttifaqı arasında sövdələşmə qurumun liderləri tərəfindən dəstəklənəcək.

AZƏRTAC SBS telekanalına istinadla xəbər verir ki, məsələni şərh edən S.Morrison deyib: “Biz Aİ ilə azad ticarət barədə razılaşmanın hazırlanması və tətbiqinin sürətləndirilməsi ilə əlaqədar razılıq əldə etdik və yaxın aylarda sövdələşmənin əhəmiyyətli dərəcədə irəliləycəyini gözləyirik”.

Avstraliyanın Baş naziri Aİ ilə gələcək razılaşmanı Çin, Yaponiya və Cənubi Koreya ilə analoji sövdələşmədən sonra ölkəsinin növbəti uğuru adlandırıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.