DÜNYA


Avstraliya kriptovalyuta tənzimlənməsini gücləndirəcək

Bakı, 18 avqust, AZƏRTAC

Avstraliya hökuməti çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirlərini gücləndirəcək və kriptovalyuta bazarının tənzimlənməsi üçün qanunvericilik bazasını yaradacaq.

AZƏRTAC "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi açıqlama yayıb.

Ədliyyə naziri Maykl Kinan deyib ki, mütəşəkkil cinayətkarlıq və terrorizm əleyhinə yönələn qanunlar balanslaşdırılacaq. Bu, eyni zamanda, leqal maliyyə sektorlarının inkişafına mane olmayacaq.

Avstraliya dünyada virtual valyuta tənzimlənməsini tətbiq edəcək ikinci ölkə ola bilər. Bundan əvvəl bunu Yaponiya etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.