DÜNYA


Avstraliya parlamentinin aşağı palatasına seçkilərin ilkin nəticələri məlum olub

Tokio, 22 may, AZƏRTAC

Mayın 21-də Avstraliya parlamentinin aşağı palatasına keçirilən seçkilərdə Leyboristlər Partiyası (ALP) azı 73 yer qazanıb.

AZƏRTAC Avstraliya Seçki Komissiyasına (AEC) istinadla xəbər verir ki, seçkilərin nəticələrinin hesablanması gecə yarısı dayandırılıb. Avstraliya qanunvericiliyinə uyğun olaraq, səslərin hesablanması bazar günü davam etdiriləcək.

AEC-in məlumatına görə, bülletenlərin 64 faizinin sayılmasından sonra ALP Nümayəndələr Palatasında azı 73 yer, Liberallar Partiyası 53 yer, müstəqil namizədlər 9 yer, “Yaşıllar” Partiyası 5 yer əldə edib. Katterin Partiyası və “Mərkəzçilər” Alyansı cəmi 1 yer qazana bilib. Parlamentdə qalan 10 yerin digər bülletenlərin sayılması nəticəsində məlum olacağı qeyd olunur.

Avstraliya qanunvericiliyinə əsasən, seçkilərdə qələbə üçün parlamentin aşağı palatasındakı 151 yerdən azı 76-nı qazanmaq lazımdır. Bu nəticə həmin partiyanın sədrinə Baş nazir vəzifəsini tutmaq və öz fraksiyasının üzvlərindən hökuməti formalaşdırmaq imkanı yaradır.

AEC-in məlumatına əsasən, səslər tam hesablandıqdan sonra çox güman ki, APL mövcud hökuməti dəyişmək üçün lazımi miqdarda səs toplayacaq amma həmin partiyanın bunu təklikdə və ya digər siyasi təşkilatla birlikdə edəcəyi hələlik məlum deyil.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.