DÜNYA


Avstraliya polisi Sidneydə böyük terror təhlükəsi barədə xəbərdarlıq yayıb

Tokio, 20 sentyabr, AZƏRTAC

Avstraliyanın Yeni Cənubi Uels ştatının polis komissarının köməkçisi Mark Merdok Sidneydə böyük terror aktının hazırlanması barədə xəbərdarlıq yayıb.

AZƏRTAC xəbər verir ki, M.Merdok “Daily Telegraph” qəzetinə müsahibəsində terror aktının qaçılmaz olacağını söyləyib. O deyib ki, hüquq-mühafizə orqanlarının və kəşfiyyatın yaxşı işinə baxmayaraq, eyni zamanda, cəmiyyətdə qorxu yaratmaq istəməsə də, bu, baş verəcək. Təhlükə həm bir nəfərdən, həm də qrup halında naməlum insanlar tərəfindən gözlənilir. “Biz məlumatımız olan məsələnin qarşısını ala bilərik. Lakin təhlükə bizim məlumatlı olmadığımız məqamlardan irəli gələ bilər”, - deyə M.Merdok qeyd edib.

Polis komissarının köməkçisi, həmçinin terrorçuları cəlb edənlərin “Google” və “Facebook” kimi sosial şəbəkələrdən istifadə etdiyini, lakin bunları bağlamağın mümkün olmadığını bildirib.

Xatırladaq ki, Avstraliya hökuməti iyulun 30-da Sidneydən Birləşmiş Ərəb Əmirliklərinə uçan təyyarədə terror aktının qarşısının alınması barədə məlumat yaymışdı. Bununla əlaqədar hüquq-mühafizə orqanları dörd nəfəri həbs etsələr də, onlardan biri günahkar olmadığına görə, daha biri isə girov müqabilində azad edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.