SİYASƏT


Avstraliya portalı: Ermənistan Dağlıq Qarabağı tərk etməlidir

Kanberra, 2 oktyabr, AZƏRTAC

Dağlıq Qarabağda sülh yalnız Ermənistan Ordusu bu ərazini tərk etdikdən sonra mümkündür.

AZƏRTAC xəbər verir ki, Avstraliyanın nüfuzlu “Herald Sun” portalı Azərbaycan Prezidenti İlham Əliyevin bu bəyanatını yayıb.

Portalın yaydığı videosüjetdə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatları zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü barədə məlumat yer alıb. Qeyd edilib ki, hərbçilərin müalicəsinin gedişi ilə maraqlanan dövlətimizin başçısı yaralı əsgər və zabitlərimizin tezliklə sağalaraq cəbhəyə qayıtmaq arzusunda olduqlarını bildiyini söyləyib.

Qarşıdurmanın əsas səbəbkarının Ermənistan rəhbərliyinin olduğunu qeyd edən Azərbaycan Prezidenti döyüşlərin dayanması üçün ölkəmizin hansı şərti irəli sürdüyünü də deyib: “Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək”.

Materialda Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsində apardığı uğurlu əməliyyatlar, Ermənistan ordusunun evləri, mülki obyektləri iriçaplı silahlardan atəşə tutması barədə kadrlar da yer alıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kamberra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.