Avstraliya uşaqların immunizasiyası üçün Vyetnama 7,2 milyon doza vaksin verib
AzerTAg.az
Bakı, 11 may, AZƏRTAC
Avstraliya 5-12 yaş arası uşaqların immunizasiyası üçün Vyetnama koronavirus əleyhinə 7,2 milyondan çox vaksin dozası göndərib.
AZƏRTAC bu barədə Vyetnamın hakim Kommunist Partiyasının informasiya portalına istinadla xəbər verir.
Vyetnam səhiyyə nazirinin müavini Do Suan Tuen təmənnasız təqdim olunan preparatlara görə Avstraliya hökumətinə və xalqına minnətdarlığını bildirib.
Aprelin birinci yarısından başlayaraq Vyetnamda 5-12 yaş arası uşaqlar üçün vaksinasiya kampaniyası elan edilib. İmmunizasiya kampaniyası ümumilikdə 11,8 milyon gənc vyetnamlını əhatə edəcək. Dünyada ən yüksək vaksinasiya tempinə malik ölkələrdən biri olan Vyetnamda indiyədək 18 yaşdan yuxarı əhalinin 81 faizdən çoxu koronavirus əleyhinə peyvəndin üçüncü dozasını vurdurub.

Xəbərin mətnində orfoqrafik səhv var