DÜNYA
Avstraliya və ABŞ genişmiqyaslı birgə hərbi təlimlərə başlayıblar
Tokio, 30 iyun, AZƏRTAC
Avstraliya və ABŞ genişmiqyaslı birgə hərbi təlimlərə başlayıblar.
Təlimlərdə ABŞ və Avstraliyanın 33 min hərbçisinin iştirak etdiyi bildirilir. Avstraliyaya məxsus ərazi sularında keçiriləcək təlimlər bir ay çəkəcək. Təlimlər zamanı həm dənizdə, həm də havada əməliyyatların keçiriləcəyi planlaşdırılır.
ABŞ-ın Sakit okean komandanlığının rəhbəri Qarri Harrisin sözlərinə görə, təlimlər Cənub-Çin dənizindəki mübahisəli adalarla əlaqədar mübahisələrin gərginləşməsi fonunda keçirilir.
Çinin regionun bir sıra ölkələri ilə, xüsusən Yaponiya, Vyetnam və Filippinlə dəniz sərhədləri, o cümlədən Cənub Çin və Şərqi Çin dənizlərində məsuliyyət zonaları ilə əlaqədar fikir ayrılıqları mövcuddur. Çinin qənaətinə görə, Vyetnam regionda gərginliyi artırmaq üçün ABŞ-dan istifadə etməyə çalışır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio