DÜNYA


Avstraliya yanacaq ehtiyatlarını artırmaq üçün 146 milyon dollar ayıracaq

Bakı, 15 sentyabr, AZƏRTAC

Avstraliya hökuməti dizel anbarlarının inşası üçün 200 milyon Avstraliya dolları (146 milyon ABŞ dolları) ayırmağı və ölkənin axsayan yanacaq sənayesini dirçəltmək məqsədilə bəzi tədbirlər görməyi planlaşdırır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Enerji naziri Angus Taylor hökumətin əlavə dizel anbarlarının inşası üçün maliyyə ayıracağını bildirib. O, həmin layihələr sayəsində, eyni zamanda, 1000-dən çox iş yerinin yaradılacağını da deyib.

A.Taylor Bildirib: “COVID-19 pandemiyası digər sahələr kimi, Avstraliyanın yanacaq sənayesinə də təsir edib. Hazırda bizim gələcəkdə baş verə biləcək zərbələrdən qoruyacaq müstəqil yanacaq mənbəyinə ehtiyacımız var”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.