DÜNYA


Avstraliyada 62 il ərzində ilk dəfə olaraq temperatur müsbət 50 dərəcəyə yüksəlib

Bakı, 22 yanvar, AZƏRTAC

Avstraliyada builki yay temperatur rekordunu yeniləmək imkanı verdi: Yanvarın 13-də ölkənin qərbində, Onslouda termometrlərin göstəricisi müsbət 50,7 dərəcə Selsiyədək yüksəlib. Qərb sahilboyunun digər şəhərlərində - Mardi və Robornda da temperatur müsbət 50 dərəcə Selsidən yuxarı qalxıb. Bundan əvvəl belə göstərici 1962-ci ildə Avstraliyanın cənubunda qeydə alınıb, 1910-cu ildən bəri 4 belə isti gün müşahidə olunub.

AZƏRTAC bu barədə “nat-geo.ru” saytına istinadla xəbər verir.

Meteoroloqlar hesab edirlər ki, regionda isti havanın anomal dərəcədə toplanmasına davamlı quraqlıq səbəb olub. Dənizin səthində suyun temperaturunun artması da buna öz töhfəsini verib: Orta göstəricilərdən təqribən 2 dərəcə Selsi yuxarı.

Yeni rekorda Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən baxılacaq. ÜMT-nin ekstremal hava və iqlim hadisələri üzrə qrupuna rəhbərlik edən meteoroloq Rendi Çerveni qeyd edir ki, belə hadisələrin ümumdünya statistikası 2007-ci ildən bəri aparılır və o vaxtdan ekstremal temperaturlar getdikcə daha tez-tez müşahidə olunur.

Qərbi Avstraliyada ən yüksək temperaturlar 1910-cu ildən başlayaraq, orta hesabla 1,4 dərəcə Selsi yüksəlib. Hətta indi, 50 dərəcəlik istilər getdikdə belə temperatur regionda normadan yuxarıdır. Ölkənin bu hissəsi üçün yanvarın orta göstəriciləri müsbət 30 dərəcə Selsi səviyyəsindədir, lakin bu günlərdə müsbət 40 dərəcə Selsidən yuxarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.