DÜNYA


Avstraliyada “Taxt oyunları” serialının həlak olmuş qəhrəmanlarının “qəbiristanlığı” düzəldilib

Tokio, 15 aprel, AZƏRTAC

Foxtel teleşirkəti Sidneydəki parklardan birində məşhur “Taxt oyunları” serialının həlak olmuş qəhrəmanlarının “qəbiristanlığı”nı düzəldib.

AZƏRTAC xəbər verir ki, parkda serialın qəhrəmanlarının məxsus olduğu Stark, Talli, Lanister və Frey ailələrinin sərdabaları quraşdırılıb.

Telekanalın mətbuat xidmətinin yaydığı rəsmi məlumatda deyilir: “Foxtel serialın son fəslinin birinci seriyasının nümayişi ərəfəsində avstraliyalı fanatları populyar “Taxt oyunları” serialının qəhrəmanlarına hörmətlərini ifadə etmək üçün “Centennial” parkına dəvət edir. Serialın ən sevimli və ən çox nifrət doğuran personajları üçün Vestoros nekropolu final epizodları ərəfəsində baş verən hadisələri bir daha xatırlamaq üçün nadir imkandır”.

Parkın təqribən 2 min kvadratmetrlik hissəsində serialın üslubuna uyğun yaradılan 34 abidə quraşdırılıb. Şəhər rəhbərliyi “qəbiristanlığı” yalnız bir neçə günlüyə təşkil etməyə icazə verib. “Taxt oyunları” serialının sonuncu, səkkizinci fəslinin birinci seriyasının nümayişindən dərhal sonra onun ləğv ediləcəyi bildirilir.

Parka gələnlər burada quraşdırılan sərdabaları maraqla qarşılayıblar.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.