DÜNYA


Avstraliyada əhalinin koronavirusa qarşı vaksinasiyasına start verilib

Tokio, 21 fevral, AZƏRTAC

Fevralın 21-də Avstraliyada əhalinin koronavirusa qarşı vaksinasiyana start verilib.

Vaksini ilk qəbul edənlər sırasında Avstraliyanın Baş naziri Skott Morrison da olub. Bu barədə Səhiyyə naziri Qreq Hant məlumat verib.

Nazir qeyd edib ki, ilk qrupun vaksinasiyası üçün ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin birgə istehsal etdiyi peyvənddən istifadə edilib.

Həmçinin bildirilir ki, Avstraliya Federal Səhiyyə Departamentinin rəhbəri Brendan Merfi və nazir Qreq Hant yaxın günlərdə “AstraZeneca” şirkətinin hazırladığı peyvəndlə vaksinasiya olunacaqlar.

Avstraliyada vaksinasiya ilə bağlı əsas proqramın icrasına isə fevralın 22-də start veriləcək. Bildirilir ki, ilkin olaraq xəstəxanaların və digər səhiyyə müəssisələrinin işçiləri, sərhəd xidmətinin, karantin üçün otellərin, həmçinin qocalar və əlillər evlərinin əməkdaşları vaksinasiya ediləcəklər. İlk həftə ərzində ölkənin 190 şəhərində təqribən 60 min nəfərin vaksinasiya olunacağı gözlənilir.

Qeyd edilir ki, Avstraliya hökuməti tərəfindən sifariş edilən peyvəndin ilkin həcmi 150 milyon doza təşkil edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.