DÜNYA


Avstraliyada federal parlamentə seçkilər başa çatıb

Tokio, 21 may, AZƏRTAC

Mayın 21-də Avstraliya federal parlamentinə keçirilən seçkilər başa çatıb. Təqribən 17 milyondan çox seçici 8 mindən çox seçki məntəqəsində parlamentin Nümayəndələr Palatasının və Senatın üzvlərini seçib.

AZƏRTAC Avstraliya Seçki Komissiyasına (AEC) istinadla xəbər verir ki, səsvermə zamanı qanun pozuntusu qeydə alınmayıb. İlkin nəticələrə görə, iki əsas rəqib - Liberal və Leyboristlər partiyaları təqribən bərabər sayda səs toplayıblar. Bülletenlərin 34 faizinin sayılmasından sonra Avstraliya Leyboristlər Partiyasının önə çıxdığı qeyd edilir. Bu partiyanın Nümayəndələr Palatasında 53 kürsü, Avstraliya Liberallar Partiyasının Milli Partiya ilə birlikdə 45 kürsü qazandığı bildirilir. Daha 5 kürsünün kiçik partiyalar və müstəqil namizədlər arasında bölündüyü vurğulanır. Qalan yerlərin bütün dairələrdən daxil olan bülletenlərin sayılmasından sonra məlum olacağı gözlənilir.

Başa çatan seçkilər zamanı Avstraliya vətəndaşları Nümayəndələr Palatasında 151, Senatda isə 40 nümayəndəni seçiblər. Avstraliya Senatının yarısı hər üç ildən bir yenilənir.

Qeyd edək ki, Avstraliya qanunvericiliyə əsasən, Nümayəndələr Palatasında 76 yer qazanan partiya öz fraksiyasının üzvlərinin iştirakı ilə hökuməti formalaşdırır. Onun lideri isə Avstraliyanın Baş naziri olur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.