DÜNYA


Avstraliyada helikopter qəzaya uğrayıb

Tokio, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Avstraliyanın cənub-şərqində yerləşən Kosçyuşko milli parkında helikopter qəzaya uğrayıb.

AZƏRTAC “news.com.au” portalına istinadla xəbər verir ki, ilkin məlumatlara görə, qəza nəticəsində bir nəfər xəsarət alıb.

Məlumatda qeyd edilir ki, göyərtəsində üç nəfər olan helikopter qəzadan sonra alışıb. Səhiyyə işçiləri və xilasedicilərlə yanaşı, qəza yerinə sanitar helikopteri də göndərilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.