DÜNYA


Avstraliyada irqçi bəyanat verən senatorun başına yumurta çırpıblar

Bakı, 16 mart, AZƏRTAC

Avstraliya Senatının ifrat sağ təmayüllü üzvü Freyzer Anninq Yeni Zelandiyanın Kraystçörç şəhərində baş vermiş və 50 müsəlmanın ölümü ilə nəticələnmiş terror aktına irqçi mövqedən yanaşma nümayiş etdirib. Onun bəyanatını oxuyan gənc bir sakin Melburnda keçirilən mətbuat konfransı zamanı senatorun başına yumurta çırpıb. AZƏRTAC Avstraliya KİV-nə istinadla xəbər verir ki, senatorun bəyanatında bildirilir ki, baş verən terror aktının əsas səbəbi silah satışının artması deyil, Yeni Zelandiya və Avstraliya hökumətlərinin yanlış immiqrasiya siyasəti nəticəsində “radikal və fanatik müsəlmanların bu ölkələrə axın etməsidir”. Senator əlavə edib ki, “müsəlmanlar öz etiqadları naminə bütün dünyada insanları öldürülər. Avstraliyanın Baş naziri Skott Morrison senatorun irqçi bəyanatına kəskin etiraz edərək, onu “eybəcər” və “qızışdırıcı” adlandırıb. O əlavə edib ki, Avstraliyada və ölkənin parlamentində bu cür sərsəm fikirlərin səsləndirilməsi yolverilməzdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.