DÜNYA


Avstraliyada naməlum şəxslər polisə atəş açıb

Bakı, 3 dekabr, AZƏRTAC

Avstraliyanın Kvinslend ştatında yerləşən Brisben şəhərində naməlum şəxslər polisə atəş açıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, məlumat əsasında hadisə yerinə gələn polis orada 2 silahlı şəxslə qarşılaşıb. Cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşlarını atəşə tutub.

Hazırda silahlılar binalardan birinə sığınaraq polisə müqavimət göstərir. Polis şəhərin mərkəzində yolları bağlayıb. Həmçinin hadisənin baş verdiyi rayonla Brisbenin digər hissələri arasında bərə əlaqəsi dayandırılıb. İnsident nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.