DÜNYA
Avstraliyada parlament seçkilərində hazırkı Baş nazir qalib gəlib
Bakı, 10 iyul, AZƏRTAC
Avstraliyanın hazırkı Baş naziri Malkolm Ternbull parlament seçkilərindən 8 gün sonra mühafizəkarların qalib gəldiyini bəyan edib.
AZƏRTAC “lemonde.fr” saytına istinadla xəbər verir ki, Baş nazir bu bəyanatı müxalifətin məğlubiyyəti qəbul etməsindən sonra verib.
“Leyborist müxalifətin lideri Bil Şorten zəng vuraraq məni yenidən Baş nazir seçilməyim münasibətilə təbrik etdi”, - deyə M.Ternbul bildirib.
Hazırda nə mühafizəkar koalisiya, nə də leyborist müxalifət hökuməti formalaşdırmaq üçün nümayəndələr palatasında lazım olan 76 yerin mütləq əksəriyyətini əldə etməyib. Seçki bülletenlərinin sayılması hələ də davam edir.