DÜNYA


Avstraliyada sayentoloji mərkəzdə insanlara bıçaqla hücum edən yeniyetmə həbs olunub

Tokio, 3 yanvar, AZƏRTAC 

Sidneyin şimalında yerləşən Sayentologiya kilsəsinin mənzil-qərargahında qətl hadisəsi törədən yeniyetmə həbs edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yeni Cənubi Uels Ştatı Polisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hadisə yerli vaxtla təqribən saat 13:00 radələrində Qrevil stritdəki dini mərkəzdə törədilib.

“Polis zabitləri silahlı hücum barədə məlumat aldıqdan sonra mərkəzə daxil olublar. Hadisə yerində iki yaralı kişi və onlara hücum etmiş bir yeniyetmə aşkar edilib. Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıblar, onlara hücum edən şəxs isə həbs olunub”,- deyə məlumatda bildirilir.

Həmçinin qeyd edilir ki, zərərçəkənlərdən biri – 20 yaşlı kişi sonradan ölüb. Həmin şəxslərə hücum edən yeniyetmənin həbs olunarkən heç bir müqavimət göstərmədiyi və təhqiqatın davam etdirilməsi üçün polis məntəqəsinə aparıldığı bildirilir.

Sidneydəki sayentoloji mərkəz 2016-cı ilin sentyabrında açılıb və Asiya-Sakit okean regionunda təşkilatın əsas mənzil-qərargahı hesab edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.