DÜNYA


Avstraliyada son 12 ildə ilk dəfə buğda idxalına icazə verilib

Bakı, 15 may, AZƏRTAC

Avstraliya Kənd Təsərrüfatı və Su Resursları Nazirliyi son 12 il ərzində ilk dəfə buğda idxalına icazə verib.

AZƏRTAC ABS telekanalına istinadla xəbər verir ki, buğda qitəyə altı-səkkiz həftə ərzində Kanadadan gətiriləcək.

İdxal üçün icazə uzun sürən quraqlıqdan sonra ölkədə dənli bitki məhsullarının nəzərə çarpacaq dərəcədə azalması səbəbindən verilib. Avstraliyada ekstremal quru hava şəraiti bu il də davam etdiyindən yerli fermerlər dənli bitki sahələrini azaltmaq və ya əkini yağışlar yağana qədər təxirə salmaq məcburiyyətində qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.