DÜNYA


Avstraliyada təyyarə yaşayış evinin həyətinə düşüb

Tokio, 5 fevral, AZƏRTAC

Avstraliyanın şərqində yüngülmühərrikli təyyarə qəzaya uğrayaraq, yaşayış evinin arxa həyətinə düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Bildirilir ki, hadisə Kvinslend ştatının cənubunda yerləşən Sanşayn-Kost rayonunda baş verib. Təyyarədə yalnız pilotun olduğu qeyd edilir.

Ştatın təcili yardım xidmətinin nümayəndəsinin bildirdiyinə görə, təyyarənin pilotu kiçik xəsarətlər alıb və onun həyatı üçün heç bir təhlükə yoxdur.

Hazırda qəza yerində aviasiya mütəxəssislərinin və qəza xidməti nümayəndələrinin çalışdığı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.